1027455 src

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın həbs müddətini daha iki ay uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, hakim prokurorun vəsatətini təmin edib. Prokuror Köçəryanın azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqa mane olmaq riskinin mövcudluğunu əsas gətirib.

Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi bir gün əvvəl Robert Köçəryanın və oğlunun həbs müddətinin uzadılması ilə bağlı vəsatətlərə baxıb. Cümə günü Sedrak Köçəryanın da həbs müddətinin daha iki ay uzadıldığı məlum olub.

Ermənistan Baş Prokurorluğu 2026-cı ilin avqustunda Robert Köçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə əlaqəli doqquz epizod üzrə cinayət təqibinə başlayıb.

Avqustun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: