İşdən çıxarılan müəllimlərin yeri belə doldurulacaq – Nazirlik

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.

O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:

“Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar”.

O eyni zamanda deyib ki, sertifikasiyadan kəsilənlər daha çox Gəncə-Daşkəsən Regional İdarəsi tabeliyindəki müəssisələrdə çalışanlar təşkil edib:

“Eyni zamanda keçən prosesdə üzrlü səbəbdən iştirak etməyən və ya kəsilənlər arasında 70-80 nəfər 50 baldan yuxarı nəticə göstərib”.