Çempionlar Liqasında “Arsenal”la keçiriləcək oyundan əvvəl dizlərində ağrılar hiss edən Vensan Kompani bu gün xəstəxanaya aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky Sport DE” məlumat yayıb.
Bildirilib ki, Kompani bu gün keçirilən məşq zamanı huşunu itirib. Belçikalı baş məşqçi dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəbərdə Kompaninin qısa müddət əvvəl virus infeksiyası ilə mübarizə apardığı bildirilib.
Bundesliqada “RB Leyptsiq”ə qarşı keçirilən və 6:1 hesabı ilə başa çatan oyundan əvvəl özünü narahat hiss etməyə başlayan Vensan Kompani matçdan sonra müsahibə verməyib. O, Çempionlar Liqasında “Arsenal”la keçirilən oyundan əvvəl də bazar ertəsi və çərşənbə axşamı məşqlərində iştirak etməyib.
Əliyar Xəlil,