ria 8842346hr c7c 9a7

İran Prezidenti Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Bildirilib ki, səfər zamanı Pezeşkianla Putinin təkbətək görüşü keçiriləcək, həmçinin ikitərəfli danışıqlar aparılacaq.

İran prezidentinin Moskvada təşkil olunacaq Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində də iştirakı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Məsud Pezeşkianın Moskvaya səfərini gözlədiklərini açıqlamışdı.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: