ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verərək Vaşinqtonun istəsə, ölkənin bütün neftini və hətta özünü ələ keçirə biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə danışarkən deyib.
“İran hazırda çox şey etməyə qadir deyil. İstəsək, onun bütün neftini, hətta bütün ölkəni ələ keçirə bilərik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir. İndi müharibədən əvvəlki dövrlə müqayisədə boğazdan daha çox neft daşınır”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, Vaşinqton İranla müharibəni qısa müddətdə başa çatdıra və ya iqtisadi təzyiqi davam etdirərək ölkəni daha da zəiflədə bilər.
ABŞ prezidenti münaqişənin tezliklə başa çatdırılması, yaxud tədricən səngiməsinə imkan verilməsi arasında seçim edilməli olduğunu vurğulayıb.
“İran çökmək ərəfəsində olan bir ölkədir. Onların pulu yoxdur. Bizim blokadamız artıq məqsədlərinə çatıb”, – deyə Tramp əlavə edib.
Əliyar Xəlil,