Hörmüz boğazının cənub hissəsində icazəsiz marşrutla hərəkət etməyə çalışan iki supertanker dəniz minalarına düşərək sıradan çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata əsasən, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, günün əvvəlindən etibarən Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə keçməyə cəhd göstərən iki supertanker dəniz minalarına düşüb. Partlayışlar və güclü yanğın nəticəsində gəmilərin mühərrik bölmələri sıradan çıxıb və tankerlər hərəkətsiz qalıb.

Qeyd olunub ki, hər iki tanker ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyıb.

Hadisədən sonra gəmilərin ekipajları təxliyə edilib. Hərəkət qabiliyyətini itirən tankerlər isə Hörmüz boğazının cənub sahillərində tərk olunub.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: