Sentyabrın 9-da Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatının və “Hello” İxtisaslaşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə inklüzivlliyi olan şəxslərin və rayon ictimaiyyətinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mən də bir Ulduzam” adlı konsert proqramı, eləcə də inklüzivliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.
Globalinfo.az bildirir ki, layihə, inklüzivliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının Azərbaycan hökümətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu rəhbər tutaraq, autizm və daun sindromlu yeniyetmə və gənclərin, o cümlədən fiziki məhdudiyyətli əlil şəxslərin sosial fəaliyyətlərdə irəli çəkilməsi məqsədi ilə həyata keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xalq artisti Mələkxanım Eyyubova ilə 44 günlük Vətən müharibəsinin qazisi, üzərində döyüş bölgəsində keçirilən əməliyyat zamanı həkim masasında əməliyyat boyu “Can Qarabağ” mahnısını canlı ifa etməsi ilə tanınan Məbud Əhmədovun dueti ilə başlayan konsert proqramı, Azərbaycan Respublikanın əməkdar artisti Fərid Əliyevin, sevilən ifaçılar Elnarə Xəlilovanın, Nərmin Kərimbəyovanın və ProMetenin istedadlı inklüzivliyi olan şəxslərlə biri-birindən maraqlı duet, həmçinin inklüzivlərin ayrı-ayrılıqda solo ifaları ilə davam etdirilib. Murad Sadıqın, 11 nömrəli xüsusi təhsil məktəbinin şağırdlərinin valideynləri ilə birgə dueti, “Səma” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri və popular ifacı İlhamə Qasımovanın ifasında səslənən “Vətən” mahnısı isə gecəyə xüsusi rənq qatıb.
Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən fotomateriallar, onun siyasi kursunun davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın olkəmizdə yaşayan əlilliyi olan şəxslərin sosial həyatlarına yaxından iştirak etdiyini əks etdirən kadrlar nümayiş etdirilib.
Tədbir tamaşaçılarda xoş təəssüratlar yaradıb.