Switzerland Ukraine 93198

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində yerləşən Komışuvaxa qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində 18 nəfər həlak olub, 5 nəfər yaralanıb, 27 nəfərin isə taleyi məlum deyil.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə yerində axtarış-xilasetmə tədbirlərinin davam etdiyini, dağıntılar altında qalan şəxslərin axtarıldığını bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbçiləri zərbə endirilən binanın humanitar məqsədlər üçün istifadə olunduğunu bilirdilər. Belə ki, həmin ərazidə yerli sakinlərə hər həftə humanitar yardım paylanırdı.

Ukrayna Prezidenti hücumu Rusiyanın gərginliyin azaldılmasında maraqlı olmadığını göstərən növbəti sübut kimi qiymətləndirib.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: