
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Türkiyənin “Fənərbağça” klubu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, litvalı mütəxəssis “CBC Sport”a açıqlamasında İstanbul təmsilçisinin sükanı arxasına keçəcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib.
“Fənərbağça”ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də yayılan şayiələri şərh etmək istəmirəm”, – deyə o bildirib.