hormuz 111

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son doqquz gün ərzində Hörmüz boğazında 11 neft tankerinin yanaraq sıradan çıxdığını və ya batdığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, hadisələr ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin oktyabrın 25-də bölgəyə səfərindən sonrakı dövrdə baş verib. İran tərəfi sözügedən 11 gəminin hamısının son doqquz gün ərzində ciddi zərər gördüyünü iddia edir.

Məlumata əsasən, tankerlərin bəziləri yanğına məruz qalıb, digərləri isə batıb.

Qeyd edək ki, Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlər və ABŞ-İran qarşıdurması fonunda bölgədə dəniz nəqliyyatı üçün təhlükəsizlik riskləri artmaqdadır. 

Tahir Turan
Globalinfo.az

Paylaş: