Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının şərqindəki Dammam və cənubundakı Cizan şəhərlərində yerləşən hava limanlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Onun sözlərinə görə, son 48 saat ərzində Dammam hava limanına iki mərhələdə iki PUA ilə hücum həyata keçirilib.
Səriya həmçinin Cizan hava limanında erkən xəbərdarlıq radarının və orada yerləşən hərbi-nəqliyyat təyyarəsinin hədəfə alındığını iddia edib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan husilər və Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir.
2026-cı ilin iyulunda husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar. Daha sonra krallığa məxsus bir neçə neft tankerinə hücum ediblər.
Avqustun əvvəlində “Ənsar Allah” hərəkatı Yəmənin cənub-qərbində hücum həyata keçirib. Sentyabrın 10-11-də isə Moxa liman şəhərinə və Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə nəzarəti ələ keçirib.
Oktyabrın 4-də Yəmən hökumət qüvvələri husilərin nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını açıqlayıblar.
Əliyar Xəlil