246a56ce 2833 4938 81c5 ccbd03ce1d75

Qazaxıstanın Atırau şəhərində konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyi planlaşdıran qruplaşmanın üzvləri saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, qruplaşma ölkənin qərb bölgəsində konstitusiya quruluşunu zorakı yolla dəyişdirməyi planlaşdırıb. Saxlanılan şəxslərin yaşadıqları evlərdə aparılan axtarışlar zamanı odlu silahlar, narkotik vasitələr, dini ləvazimatlar, ədəbiyyat və digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Əməliyyat nəticəsində ümumilikdə 10 nəfər saxlanılıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: