blt83d158afd3c459d5

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı ilin rəmzi yığması üçün namizəd futbolçuların siyahısını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

Namizədlər siyahısına 73 ölkədən 19 806 peşəkar futbolçunun iştirakı ilə keçirilən səsvermənin nəticələrinə əsasən seçilmiş 26 oyunçu daxil edilib.

Qiymətləndirmə zamanı futbolçuların 2025-ci il avqustun 4-dən 2026-cı il iyulun 19-dək nümayiş etdirdikləri performans nəzərə alınıb. Namizəd olmaq üçün oyunçuların həmin dövrdə azı 30 rəsmi matçda meydana çıxması tələb edilib.

Rəmzi yığmanın heyətinə səsvermədə ən çox səs toplayan bir qapıçı, üç müdafiəçi, üç yarımmüdafiəçi və üç hücumçu daxil ediləcək. Sonuncu, 11-ci yer isə mövqeyindən asılı olmayaraq, ən çox səs qazanan növbəti meydan oyunçusuna veriləcək.

FIFPro-nun 2026-cı il rəmzi yığması üçün namizədləri:

Qapıçılar:

Tibo Kurtua (“Real Madrid”);

Emiliano Martines (“Aston Villa” / “Çelsi”);

David Raya (“Arsenal”).

Müdafiəçilər:

Pau Kubarsi (“Barselona”);

Mark Kukurelya (“Çelsi” / “Real Madrid”);

Vircil van Deyk (“Liverpul”);

Qabriel Maqalyaeş (“Arsenal”);

Əşrəf Hakimi (PSJ);

Nunu Mendeş (PSJ);

Uilyam Saliba (“Arsenal”);

Dayot Upamekano (“Bavariya”).

Yarımmüdafiəçilər:

Cud Bellinqem (“Real Madrid”);

Brunu Fernandeş (“Mançester Yunayted”);

Enzo Fernandes (“Çelsi” / “Mançester Siti”);

Pedri (“Barselona”);

Deklan Rays (“Arsenal”);

Rodri (“Mançester Siti” / “Barselona”);

Vitinya (PSJ).

Hücumçular:

Erlinq Holand (“Mançester Siti”);

Harri Keyn (“Bavariya”);

Xviça Kvaratsxeliya (PSJ);

Kilian Mbappe (“Real Madrid”);

Lionel Messi (“İnter Mayami”);

Maykl Olise (“Bavariya”);

Kriştianu Ronaldo (“Ən-Nəsr”);

Lamin Yamal (“Barselona”).

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: