Xankəndidə güclü partlayış: çox sayda yaralı və ölən var – FOTO / VİDEO

Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Məlumatda bildirilib ki,  partlayış nəticəsində çox sayda xəsarət alanlar və ölənlər var.

Onlar öz avtomobilləri ilə Qarabağı tərk etmək üçün yanacaq almağa çalışıblar.

Qeyd edilib ki, yaralılar xəstəxanaya yerləşdirilib.