1786701100 652d7084 7e16 4551 b77a e1c98abc4dd8

Avqustun 14-də Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə növbəti köç həyata keçirilib.

Globalinfo.az  xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində şəhərə köçürülən 102 nəfərdən ibarət 22 ailənin yeni mənzillərinin açarları sahiblərinə təqdim olunub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev  keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək, sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib, onlara yeni həyatlarında xoşbəxtlik və firavanlıq arzulayıb. M. Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.Qeyd olunub ki, qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur.

1786701104 504b5350 0c3e 4e87 9dd7 e81745a442b3 1786701108 d4121c41 9b00 486b b0c1 69f3479f25c5 1786701167 d43cb6dc 0e00 4c1f be71 c59b2808608d 1786701170 f4159bb0 5c17 4c52 b5df 1eba1b7777be 1786701109 5b882a41 82bc 453a 8dcd e73845e4952e 1786701173 7aedc536 d99b 4b55 a498 871883429dd0 1786701168 6baee34c 31e8 4131 afc6 3c3c60e703a1 1786701134 237d7fc0 0e70 4a7b a3ff 995c698584d8 1786701148 ac5f76cd 9d84 48e8 9c5a dc6aa7df62b1 1786701180 b31fce11 91b1 43c1 8394 1caf2bcf30d4

Paylaş: