Xemeni tramp 1342

ABŞ-ın başlatdığı müharibənin nəticəsində İranın hərbi və siyasi elitasının önəmli qismi, xüsusilə SEPAH-la münasibətləri pis olan şəxslər sıradan çıxarıldı, ali rəhbər Əli Xamenei ölümündən sonra şəhid elan edildi və yerinə alqışlarla oğlu gəldi. Bu, Xameninin illərdir ağlında olan, amma reallaşması mümkün görünməyən ehtimal idi. Lakin ABŞ Prezidenti Donald Tramp sayəsində bu plan reallaşdı”.

Bu sözləri Globalinfo.az-a politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq bildirib ki, İran, o cümlədən vasitəçilik missiyasının mükafatı kimi Oman artıq Hörmüz boğazından keçid üçün haqq alacaqlar:

“ABŞ-ın müharibədən nə qazandığı mübahisəlidir. Bəlkə də bu, gələcək savaşlar üçün zəmin hazırlığıdır. ABŞ və İsrail İranın əsas strateji obyektlərini və önəmli şəxslərini sıradan çıxararaq gələcəkdə rejimin çökməsi üçün zəmin hazırlayırlar. Son hücumlar nəticəsində önəmli ölçüdə buna nail olundu. İranın idarəetmə şəkli faktiki dəyişdi.

İran teokratik rejimdən hərbi diktaturaya keçid etdi. Artıq ölkəni SEPAH idarə edəcək. Bu isə ciddi problemləri özü ilə barəbər gətirir. Çünki belə bir təfəkkürlə ölkənin idarə edilməsi gələcəkdə regionda olduqda ciddi hadisələrin başlanmasına gətirib çıxara bilər. İndiki halda müharibədə ən sərfəli mövqedə olan tərəf Çindir. Lakin ABŞ hazırda heçnə qazanmamış kimi görünür. Əvəzində Körfəz ölkələrindəki nüfuzunu itirdi.

zeynal serh
Zeynal Əmrəliyev

Körfəz ölkələrinin yaxın 10 ildə əsas müttəfiqi ehtimal ki, Çin olacaq. İran SEPAH-ın əlinə keçdi, Hörmüz pullu oldu, Ərəb ölkələri hücuma məruz qaldı, Çinin mövqeyi gücləndi. ABŞ-ın gələcək prezidentini artıq Demokratlar Partiyası içində axtarmalıyıq. Amerika xalqı Konqresə seçkilərdə Trampı yerlə bir edəcək. Gələcəkdə nə olacaq deyə bilmərik, amma bu dəfəki müharibə ABŞ-ın Vyetnam müharibəsindən sonra keçirdiyi ən rəzil savaş idi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: