WhatsApp Image 2026 03 26 at 16.40.25

ABŞ-la İran arasında aparılan danışıqlar problemsiz gedir. 

Globalinfo.az bildirir ki, bu barədə “Ria Novosti”yə adı açıqlanmayan yüksək vəzifəli ərəb diplomat məlumat verib.

Mənbənin sözlərinə görə, vasitəçilərin rolu problemli məsələlərin həlli üçün alternativlər təklif etməkdir. Həmçinin Vaşinqton-Tehran dialoqunda bəzi məsələlərin danışıqlara çətinlik yaratdığını desə də, dəqiq hansı məqamlar olduğunu açıqlamayıb.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti V.D.Vens bildirib ki, danışıqlarda məqsəd nəticə etibarilə ikitərəfli iqtisadi münasibətlərin normallaşmasına gətirib çıxaracaq bir razılaşmaya nail olmaqdır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İranla “kiçik bir razılaşma” bağlamağa meylli deyil.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: