İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın ölkəsinə qarşı hücumu zamanı 500-dən çox düşmən hərbçisinin öldüyünü iddia edib.
Globalinfo.az xəbər verir ki, Laricani bu barədə X sosial şəbəkə hesabında bildirib.
“Gəlin hesablayın, 500-dən çox amerikalı hərbçi həlak olub. Kim üstündür, ABŞ, yoxsa İsrail?” Bu ifadə ABŞ hökumətinin “Amerika hər şeydən öndədir” şüarına ironik istinad kimi səslənir.
Laricani Donald Trampın Netanyahu ilə münasibətlərini ön plana çəkərək, onu İrana qarşı müharibəyə sürükləməkdə günahlandırıb.
İran rəsmisi paylaşımını belə yekunlaşdırıb: “Müharibə davam edir və İmam Xameneinin şəhidliyi onlar üçün ağır nəticələr doğuracaq.”
Əliyar Xəlil