Xalqımız üçün bu günlər çox önəmlidir – Prezidentin köməkçisi

Müxtəlif münaqişələrdən çıxan xalqımız üçün bu günlər çox önəmlidir.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda ilk dəfə keçirilən Ümumdünya Məskunlaşma Günü ilə bağlı tədbirdə deyib.

“İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır. Biz sürətli, keyfiyyətli tikinti təcrübəmizi paylaşmaqda qətiyyətliyik. “Ağıllı kənd” layihələrimiz buna bariz nümunələrdir”, – o əlavə edib.

Şahmar Mövsümov deyib ki, bu cür tədbirin Bakıda keçirilməsi önəmlidir.