Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də dövlət başçısı vəzifəsindən istefa verməyi planlaşdırdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Vuçiç bu barədə “Pink” televiziya kanalına müsahibəsində danışıb və qeyd edib ki, həmin tarixdə prezident postundan ayrılacaq.
Xatırladaq ki, Vuçiç sentyabrın 9-da ölkənin birpalatalı parlamenti olan Milli Məclisin buraxılması ilə bağlı sənədləri imzalayıb. Növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi nəzərdə tutulur.
Serbiya lideri daha əvvəl bildirmişdi ki, prezident postundan istefa verdikdən sonra seçki kampaniyasına adi vətəndaş kimi qatılacaq və seçkilərin hazırlanmasına diqqət yetirəcək.
Hakim Serbiya Proqressiv Partiyasının sədri Miloş Vuçeviç isə Vuçiçin qarşıdakı seçkilərdə partiyanın seçki siyahısına rəhbərlik edəcəyini və baş nazir postuna namizəd göstəriləcəyini açıqlayıb.
Tahir Turan
Globalinfo.az