Bayden Trampla debata gələcək? – Ağ Evdən AÇIQLAMA

 

Amerika Prezidenti, demokrat Co Baydenin noyabrda keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından  namizədliyi irəli sürüləcək Donald Trampla teledebatda iştiraka hazır olub-olmadığı məlum deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O, şərh verməkdən imtina edərək  bu sualı seçki qərargahının nümayəndələrinə ünvanlamağa çağırıb.

Baydenin debatda iştirakdan boyun qaçırması seçicilərin onun yaşı və əqli qabiliyyəti ilə bağlı narahatlıqlarını gücləndirə bilər. Ancaq Ağ Evin mətbuat katibi bu barədə sualı da cavablandırmayıb. Sadəcə olaraq Amerika liderinin Konqresdəki çıxışını izləməyi məsləhət görüb.

“Prezidentin planlarını açıqladığını eşidəcəksiniz. Üç il ərzində əhəmiyyətli irəliləyiş əldə edən bir prezidentin fikirlərini dinləyəcəksiniz”.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlərin seçkiqabağı teledebatlarının payızda başlaması planlaşdırılır. Birinci debat sentyabrın 16-da Texasda, ikinci debat oktyabrın 1-də Virciniyada, üçüncü və yekun debat isə oktyabrın 9-da Yutada keçiriləcək. Bundan əlavə, sentyabrın 25-də Pensilvaniyada ölkənin mümkün vitse-prezidentləri arasında debatlar keçiriləcək. ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

Əliyar Xəlil
Globalinfo.az