varsava

Polşa Ukraynanın bütün şərtləri yerinə yetirməyəcəyi təqdirdə onun Avropa İttifaqına () üzvlüyünü dəstəkləməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Seyminin vitse-spikeri, siyasətçi Kşiştof Bosak X sosial şəbəkəsində yazıb.

Bosak bildirib ki, Ukrayna Aİ-yə üzv olmaq üçün banderizm ideologiyasından imtina etməli və ölkədə yaşayan polyak azlığına hörmətlə yanaşmalıdır.

Onun sözlərinə görə, bunlar Polşanın Ukraynanın Aİ-yə üzvlüyünə razılıq verməsi üçün sadəcə şərtlər deyil, ümumiyyətlə bu məsələyə baxmağa başlamasının ilkin tələbləridir.

“Artıq Polşanın Ukrayna ilə bağlı öz maraqlarını və gözləntilərini açıq şəkildə ortaya qoymasının vaxtı çatıb”, – deyə Bosak vurğulayıb.

Bundan əvvəl Polşanın Kelçe şəhər şurasının deputatları Ukraynanın Vinnitsa şəhərində Stepan Banderanin adını daşıyan küçənin adının dəyişdirilməsi tələbi ilə qətnamə hazırlamaq qərarı vermişdilər.

Bu təşəbbüs Polşa ilə Ukrayna arasında tarixi məsələlər ətrafında davam edən mübahisələrin növbəti təzahürü kimi qiymətləndirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: