
2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu keçirilir.
Globalinfo.az xəbər verir ki, meydan sahiblərindən Meksika Cənubi Afrika Respublikası yığması ilə qarşılaşır.
Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
Meksika: Ranxel, Reyes, Montes, Vaskes, Qalyardo, Lira, Fidalqo, Qutyerres, Alvarado, Kinyones, Ximenes.
CAR: Uilyams, Modiba, Okon, Mbokazi, Sibisi, Mudau, Mokoena, Sitole, Adams, Reyners, Foster.
***
Meksika hesabı açır. Julian Kinonyes 9-cu dəqiqədə fərqlənir.
***
Oyunun 67-ci dəqiqəsində Meksika top fərqini artırıb.
Globalinfo.az xəbər verir ki, yığmanın ikinci qoluna Raul Ximenez dəqiq baş zərbəsi ilə imza atıb.