qazrusiya

Avropa İttifaqı ölkələri Ukrayna ərazisində müharibə başa çatdıqdan sonra Rusiya qazının alışını bərpa edə bilər. B

Globalinfo.az-ın xəbərinə görə, bu fikri Macarıstanın baş naziri Peter Madyar deyib.

“Düşünürəm ki, müharibə bitəndən sonra bütün Avropa İttifaqı Rusiya qazının alışını davam edəcək. Çünki o daha ucuzdur. Bunu rəqabət və coğrafi amillər diktə edir”, – deyə o bildirib.

Bununla belə, Macarıstanın baş naziri dəqiq proqnoz vermədiyini, sadəcə belə bir hissinin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan enerji təchizatı mənbələrinin şaxələndirilməsi siyasətini davam etdirir, lakin hakimiyyət qiymət amilini də nəzərə almağa məcburdur.

Peter Madyar qeyd edib ki, Baltik dənizi, eləcə də Polşa və Slovakiya üzərindən daxil olan mayeləşdirilmiş təbii qaz Rusiyadan, Rumıniyadan və Avstriyadan gələn qazla müqayisədə xeyli baha başa gəlir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: