1714562152 medvedev 900x565 2

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı hərbi əməliyyatlarla bağlı növbəti sərt açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb. Medvedev bildirib ki, Rusiya mədəni irs obyektlərini hədəfə almaq niyyətində deyil.

Bununla yanaşı, o, Ukrayna ərazisində Moskvanın maraq dairəsində olan digər hədəflərin də mövcud olduğunu qeyd edib.

Rusiyalı siyasətçi bu hədəfləri “çox cəlbedici” adlandırsa da, konkret olaraq hansı obyektləri nəzərdə tutduğunu açıqlamayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: