50f26c46 ae81 4939 a9de a026dc66077d 9

Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmalarının futbolçuları Beynəlxalq Futbol Federasiyasının (FIFA) yenilədiyi matçöncəsi mərasimdə iştirak ediblər.

Globalinfo.az TASS-a istinadla xəbər verir ki, yeniliyə əsasən, ilk dəfə olaraq dövlət himnlərinin səsləndirilməsi zamanı komandaların bütün futbolçuları meydana çıxaraq hakimlərlə birlikdə mərkəz dairəsinin ətrafında düzülüblər.

Əvvəllər isə yalnız start heyətində yer alan futbolçular oyunlardan əvvəl meydanda sıraya düzülürdülər.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq yarışda 48 milli komanda iştirak edir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: