dursun hesenov

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov Bakıda, yaşadığı evdə dünyasını dəyişib.

Globalinfo.az Nocomment.az-a istinadən xəbər verir ki, onun ölüm səbəbi məlum olub.

Mərhumun ürək çatışmazlığından (infarkt) öldüyü bildirilir.

Qeyd edək ki, bu gün saat 11:00-da Təzə Pir məscidində Dursun Həsənovla vida mərasimi olacaq.

Mərhum Bakıda dəfn olunacaq.

***09:21

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Globalinfo.az Aktual.ge-yə istinadən xəbər verir ki, o, Bakıdakı evində dünyasını dəyişib.

Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir.

O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Paylaş: