pasinyan 011

Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 11-də fövqəladə iclas keçirərək ikinci seçki məntəqəsində 7 iyun parlament seçkilərinin nəticələrinin ləğv edilməsinə qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Belə ki, oxşar qərar əvvəllər Yerevandakı seçki məntəqəsi ilə bağlı da qəbul edilmişdi.

Səsvermə nəticələrinin ləğv edilməsinə səbəb 35/65 saylı seçki məntəqəsində baş verən prosedur pozuntusu olub.

Seçki günü seçki məntəqələrinin rəsmi bağlanma vaxtından sonra çox sayda hərbçi ora gətirilib və səsverməyə davam ediblər. Komissiya bunu qəbuledilməz hesab edib.

Bildirilir ki, ləğv olunmaların seçkinin ümumi nəticəsinə ciddi təsir edəcəyi gözlənilmir, lakin baş nazir Nikol Paşinyanın səs faizində müəyyən azlmaya səbəb olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: