Putin 1

Rusiya Prezidenti Vladimir Putin almanları özlərindən daha yaxşı tanıyır.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel “Bild” qəzetinə verdiyi müsahibədə bildirib

“Düşünürəm ki, o, ən çox almanlara diqqət yetirir. Bizi çox yaxşı tanıyır. Bəzən hətta bizdən də yaxşı”, – deyə bildirib.

Keçmiş nazir vurğulayıb ki, onun fikrincə, Rusiya lideri Almaniyadakı hadisələri, o cümlədən Almaniya mətbuatında və televiziyada işıqlandırılan hadisələri diqqətlə izləyir.

Tahir Turan
Globalinfo.az

Paylaş: