Secki ermenistan 121

***06.07.2026   21:05

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.

Globalinfo.az xəbər verir ki, hazırkı nəticələrə görə, Ermənistan parlamentində 3 siyasi qüvvə olacaq: Vətəndaş Müqaviləsi, Güclü Ermənistan və “Ermənistan” bloku.

Qagik Çarukyanın Çiçəklənən Ermənistan Partiyası 3.99 faiz səs toplayaraq parlamentdən kənarda qalıb.

Mandatlar belə paylanacaq:

Vətəndaş Müqaviləsi (Nikol Paşinyanın partiyası) – 64 mandat

Güclü Ermənistan (Rusiyalı oliqarx Samvel Karapetyanın partiyası) – 29 mandat

Ermənistan” bloku (Robert Köçəryanın bloku) – 12 mandat.

Paylaş: