isti hava 11

Şimal qonşumuz Rusiyada isti hava dalğası yenidən rekord həddə çatıb.

Globalinfo.az xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Moskvada havanın temperaturu son 28 ilin ən yüksək həddinə çatıb.

Paytaxtdakı VDNX meteoroloji stansiyasında termometrlər 30 dərəcə Selsini göstərib. Bu göstərici 1998-ci ildə həmin tarixdə qeydə alınan rekord temperaturla eynidir.

Bildirilib ki, bölgədə anomal isti hava şəraiti həftənin sonuna qədər davam edəcək.

Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmə fonunda bu cür isti hava dalğalarının daha tez-tez müşahidə olunması mümkündür. Uzunmüddətli yüksək temperatur isə su ehtiyatlarına, kənd təsərrüfatına və enerji sistemlərinə əlavə yük yaradır.

Azərbaycanda da yay aylarının nisbətən isti keçəcəyi gözlənilir. Sinoptiklərin proqnozlarına əsasən, iyun ayında orta aylıq temperatur iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacaq. Xüsusilə iyul və avqust aylarında Bakı və aran rayonlarında havanın temperaturunun 40 dərəcəyə yaxınlaşacağı günlərin olması istisna edilmir. Bu səbəbdən mütəxəssislər əhaliyə günün ən isti saatlarında ehtiyatlı olmağı tövsiyə edirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: