tramp mucteba

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin dayandırılması ilə bağlı prinsipial razılığın əldə olunduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazıb.

Trampın sözlərinə görə, tərəflər müharibənin başa çatdırılması istiqamətində ortaq mövqeyə gəliblər, lakin yekun razılaşmanın qüvvəyə minməsi üçün rəsmi sənədlərin imzalanması hələ tamamlanmayıb.

ABŞ lideri bildirib ki, müvafiq sənədlərin imzalanması yaxın günlərdə, ehtimal ki, həftəsonuna qədər baş tuta bilər.

O, prosesin yekun mərhələyə daxil olduğunu vurğulasa da, razılaşmanın detalları barədə əlavə məlumat verməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: