Vardanyanın ardınca o da Bakıya gətirilir – Amnistiya olacaq?

Xəbər verdiyimiz kimi, ordumuzun antiterror əməliyyatı nəticəsində ağ bayraq qaldırmış qondarma rejimin keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycana təslim olacağını açıqlayıb. Ruben Vardanyandan fərqli olaraq Babayanın könüllü təslim olması bir məsələni aktuallaşdırır: Ona amnistiya tətbiq ediləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya barədə açıqlama vermişdi:

“Bu açıqlamaya Avropa və ABŞ-dan müsbət reaksiyalar gəldi, lakin amnistiya birmənalı şəkildə hər kəsə tətbiq edilə bilməz. Əli qana batmış, cinayət törətmiş şəxslərin qeyd-şərtsiz əfv edilməsi mümkün deyil. Amnistiya və həbs haqda qərar xüsusi araşdırmadan sonra verilir. Azərbaycanın prokurorluq və nəzarət orqanları ermənilərin törətdiyi cinayətlərin əksəriyyətini qeydə alıb, iş açılıb.

Tofiq Abbasov

O ki qaldı David Babayanın könüllü təslim olmasına, bəlkə də, hansısa cinayətləri əfv ediləcək, lakin o demək deyil ki, amnistiyadan faydalanacaq. Bundan başqa, Babayan başda olmaqla separatçı liderlər heç də könüllü təslim olmurlar. Yaxşı bilirlər ki, qaçmağa yolları yoxdur”.

Turan Rzayev
Globalinfo.az