Araik gizli iclasda hər şeyi etiraf edib – Detallar

Azərbaycanın Xankəndi şəhərindəki oyuncaq rejimin başçısı Araik Arutyunyan erməni milyarder Ruben Vardanyanın yaratdığı saxta “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” hərəkatının “nümayəndələrini” qəbul edib.

Globalinfo.az xəbər verir ki, “Hraparak” gizli görüşlə bağlı məlumatları əldə edib.

Bəzi mənbələr görüşdə Ruben Vardanyanın da iştirak etdiyini yazıb, lakin bu barədə konkret bir məlumat olmadığı qeyd edilib.

“Nümayəndələr” deyiblər ki, Azərbaycanın qurduğu Laçın postunda sərnişindaşıma həyata keçirmək “qırmızı xətt”in pozulmasıdır və buna kim qərar verib? Araik isə suallardan yayınıb və belə bir qərarı kimin verdiyini açıqlamayıb. Hərəkat üzvləri sərnişindaşıma ilə bağlı qərarı kimin verdiyini açıqlamaqda israr ediblər. Arutyunyan bunu “təhlükəsizlik şurasında” müzakirə etdiklərini və onun, “dövlət naziri” və “hökumətin” buna müsbət baxdığını bildirib. Ruben Vardanyanın komandası yaxın günlərdə məsələ ilə bağlı addımlar atacaqlarını deyərək oradan ayrılıblar”, – “Hraparak” yazıb.

Tamerlan Yayaqan
Globalinfo.az