Avropa İttifaqı (Aİ) Ukraynada müharibənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır, lakin qurumun nümayəndəsini Moskva deyil, Avropa özü müəyyənləşdirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Ruslar bizim nümayəndələrimiz haqqında nə deyirsə, bunun bizim üçün nə əhəmiyyəti var? Biz onların nümayəndələri barədə nəsə deyirikmi? Hər kəs öz nümayəndəsini seçə bilməlidir”, – Kallas bildirib.
Qeyd edək ki, Avropa ölkələri Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlarda Avropanın təmsilçisinin kim olacağı məsələsində hələlik vahid mövqeyə gəlməyib.(APA)