Babayandan sensasiya: Azərbaycana təslim oluram! – VİDEO

Ordumuzun antiterror əməliyyatı nəticəsində ağ bayraq qaldırmış qondarma rejimin keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

“Hər kəsə məlumdur ki, Azərbaycanın “qara siyahı”sında mənim adım da var. Müvafiq araşdırma üçün Bakıya getməyimi tələb edirlər. Ona görə də bu gün Xankəndidən Şuşaya yola düşmək qərarına gəldim. Düşünürəm ki, indiki vəziyyətdə qaçmağım daha pis nəticə verəcək”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az