c2270d8c 2f96 41da b624 1c4aaaa1e25e

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: