1034996 src

Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı, kraliça Maksima hərbi hazırlıq proqramını başa vuraraq quru qoşunlarının ehtiyatda olan zabiti statusunu qazanıb və polkovnik-leytenant rütbəsinə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Niderland Kral Sarayının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, kraliça Maksima digər 23  zabitlə birlikdə quru qoşunlarının komandanı, general-leytenant Yan Svillensə hərbi and içib.

Hərbi hazırlıq proqramını uğurla başa vurduqdan və and içdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilib.

Əliyar Xəlil

Globalinfo.az

 

Kraliça Maksima hərbi xidmətə başladı – Yeni rütbəsi açıqlandı

Paylaş: