Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində jurnalistlərlə görüşən Türkiyə xarici işlər naziri Hakan Fidan gözlənilməz sualla gündəmə gəlib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, sual Türkiyənin “dərin dövlət” agenti olduğu iddia edilən Abdullah Çatlı ilə bağlı olub.
Hakan Fidana Hamid İhtiyar adlı jurnalist tərəfindən belə bir sual ünvanlanıb:
“Sizi Abdullah Çatlıya bənzədirlər. Bu barədə nə düşünürsünüz?”
Qeyri-adi bənzətmə ilə bağlı sualı təbəssümlə qarşılayan nazir yalnız “Şərh yoxdur” deməklə kifayətlənib.
Hakan Fidan jurnalistin “Kurtlar Vadisi” serialından sitat gətirdiyi “Bu uşağın hər şeyi dəyişib, amma gözləri yox” sözünə də reaksiyası eyni olub.
Qısa cavabından sonra nazir sammit çərçivəsində nəzərdə tutulan rəsmi proqramını davam etdirmək üçün jurnalistlərin yanından ayrılıb.
Xatırladaq ki, Hakan Fidan 2010-2023-cü illərdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib.
Qeyd edək ki, zaman-zaman Hakan Fidanın əslində Abdullah Çatlı olduğu, əməliyyatla üzünü dəyişdirdiyi iddia edilsə də, bu versiya heç bir formada sübuta yetirilməyib.
