“Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var.”
Globalinfo.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələr zamanı deyib.
AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib.
Layen Avropanı yenidən silahlandırmaqla bağlı çağırış edib:
“Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik”.
Ursula von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.
“Həqiqətən də birlikdə addım atmalıyıq. Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır”, – deyə, AK prezidenti bildirir.