Uraloğlundan Zəngəzur dəhlizi açıqlaması: Niyə bu qədər vacibdir?

Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvanı birləşdirəcək, Türkiyə ilə yeni nəqliyyat əlaqəsi yaradacaq.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Zəngəzur dəhlizi gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin işlək olması Orta Dəhlizin dəmir və avtomobil yolu ilə yükdaşıma qabiliyyətini artacaq. Həmçinin bu Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji sahəsindəki əməkdaşlıq Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyətini artıracaq.