Ukraynaya yalnız o texnikalar kömək edə bilər – İqnat

“F-16-lar Rusiyanın ballistik raketlərindən müdafiədə Ukraynaya kömək etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

Onun fikrincə, quru əməliyyatları üçün texnika yerinə, Ukraynaya hava hücumundan müdafiə sistemləri lazımdır və həmin texnikalar mümkün qədər tez verilməlidir.

İqnat buna baxmayaraq ukraynalı pilotların F-16-dan müstəqil şəkildə istifadə üçün hazırlandığını da qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az