ukr 9

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 14 nəfərdir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəsmi məlumat yayıb.

Ölənlərdən birinin uşaq olduğu bildirilib.

Yaralananlar isə 25 nəfərdir, onlardan 11-i uşaqdır.

Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərinin yekunlaşmaq üzrə olduğu vurğulanıb.

***12:48

Son məlumata görə, ölənlərin sayı 18-ə çatıb. Onlardan üçü uşaqdır.

Bundan başqa, 26 nəfərin yaralandığı qeyd edilib.

***12:15

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının ərazisində qəzaya uğraması nəticəsində daxili işlər naziri və onun müavini həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin də helikopterdə olublar. Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, DİN-in dövlət katibi Yuri Lubkoviç də onlarla olub.

Məlumatı Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko da təsdiqləyib.

Onun sözlərinə görə, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan ikisi azyaşlıdır:

“22 yaralı xəstəxanaya yerləşdirilib. Yaralılardan 10-u uşaqlardır”.

63c7abcc5185c63c7abcc5185d167403002863c7abcc5185963c7abcc5185b

Aqşin
Globainfo.az

Paylaş: