“Ukrayna ordusunun Rusiya hərbi aerodromlarına hücumu düşünülməmiş hərəkət idi”.
Globalinfo.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.
“Görünür, bu, danışıqlardan əvvəl Moskvaya təzyiq göstərmək üçün hazırlanmışdı. Kiyev son bir neçə gündə Rusiyanı təxribata çəkmək üçün çox şey edib”, – deyə o bildirib.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edib.
Əliyar Xəlil
Globalinfo.az