Ukraynalı diversantlara ağır zərbə: Kəndlər ələ keçirilib?

Rusiya hərbçiləri Belqorod vilayətində Novaya Tavoljanka yaxınlığında ukraynalı diversantlara artilleriya zərbəsi endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Düşmənə artilleriya zərbəsi endirilib. Düşmən geri çəkilib”, – deyə bildirilib.

Qeyd edək ki, bəzi Teleqram kanallarının iddialarına görə, Ukrayna diversantları artıq Belqorodda 4 kəndi ələ keçirib, Şebekino ətrafında döyüşlər davam edir.