Ukraynadan Rusiyanın atəşkəs qərarına daha bir rədd cavabı

Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.

Globalinfo.az “Ukrayna-24” telekanlına istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.

“Onlarla heç bir danışıq aparılmayıb”, -deyə Danilov bildirib.

Danilovun sözlərinə görə, Kiyev atəşkəs rejiminə əməl etməyəcək.