ust luqa liman

Ukrayna ordusu Leninqrad vilayətinə zərbələrdə yüngül motorlu A-22 təyyarəsindən istifadə edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Ust-Luqa limanına bu təyyarə vasitəsilə FAB bombaları atıb.

Bildirilib ki, bu İkinci Dünya müharibəsindən bəri Leninqrada atılan ilk aviabombadır.

Qeyd edək ki, Ukrayna ordusu Ust-Luqa limanındakı nəhəng neft terminalını vurmuşdu. Bu limanda neft, qaz-kondensat ixrac terminalları yerləşir.

“Reuters”in xəbərinə görə, Ukraynanın hücumları ümumilikdə Rusiyanın xam neft ixracını 40% azaldıb.

Ust-Liqa limanının hücumdan sonrakı görüntüləri yayılıb:

2026 03 25 19 33 20OiObqnXcbosFac9PYoEC file 3

Paylaş: