Ukrayna hərbçiləri MiQ korporasiyasının tərkibinə daxil olan Voronin adına Luxovitski Aviasiya Zavodunu vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın istehsalat obyektlərinə zərbə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilib.
Baş Qərargah vurğulayıb ki, bu müəssisə hissələrin mexaniki emalından tutmuş, son montaj, uçuş sınaqları və Rusiyanın MiQ döyüş təyyarələrinin təhvil verilməsinə qədər bütün iş spektrini həyata keçirir.
“Müəssisənin ərazisində partlayış və yanğın qeydə alınıb”, – məlumatda deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Rusiya qoşunlarının zenit sistemləri üçün raketlərin istehsalında ixtisaslaşan Akademik Şipunov adına Alət Konstruktor Bürosunu vurublar.
Həmçinin bildirilib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Rusiya Federasiyasının Çelyabinsk, Orenburq və Sverdlovsk vilayətlərində Rusiya hərbi-sənaye kompleksinin müəssisələrinə xidmət göstərən iri qaz kəmərinin bir hissəsi məhv edilib.
Əliyar Xəlil