Çin Rusiyaya görə təşvişə düşüb – SƏBƏB

Çin lideri Si Szinpin rusiyalıların Ukrayna müharibəsindəki uğursuzluqlarından narahatdır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

“Düşünmürəm ki, xarici liderlərdən kimsə Si Szinpin qədər müharibəyə və onun Rusiya üçün pis nəticələrinə diqqət ayırıb. Çinin Ukrayna müharibəsinə reaksiyasını müşahidə etmək maraqlı olardı. Çünki savaşdan bir neçə həftə öncə Putinlə Szinpin sərhədsiz dostluq elan etmişdilər. Lakin aydın oldu ki, bu tərəfdaşlıqda, həqiqətən, bir neçə sərhəd var”, – o bildirib.