Ukrayna ordusu daha iki kənddən çıxır

Ukrayna ordusu şərqi Avdeyevka şəhəri yaxınlığında daha iki kənddən çıxdığını bildirir. Bu, qoşunları avadanlıq və sursat qıtlığı ilə çarpışan Ukraynanın itkilərinin artması deməkdir. Rusiya qüvvələri Avdeyevkanı bu ayın əvvəlində tutub.

Globalinfo.az Azadlıq Radiosuna istinadən bildirir ki, ordunun sözçüsü Dmitro Lixoviy fevralın 27-də deyib ki, Ukrayna əsgərləri Avdeyevkadan qərbdə yerləşən Stepovoye və Severnoye kəndlərindən çıxıblar.

“Ötən axşam və gecə Severnoye uğrunda ağır döyüşlər gedib”, – Lixoviy söyləyib.

Sözçü Ukrayna qüvvələrinin Avdeyevkadan qərbdə müdafiə mövqelərini möhkəmləndirdiyini bildirib.

Ukrayna tərəfdən daha bir rəsmi açıqlamaya görə, Rusiya qüvvələri cənuba doğru iki istiqamətə, həmçinin Ukraynanın nəzarətində olan Robotino kəndinə doğru irəliləməyə çalışıblar, amma buna nail olmayıblar.